Tağıyevə heykəl qoyulması üçün müsabiqə elan ediləcək


19:46     05 Mart 2019 ebulfes6.jpg

Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin ucaldılması üçün müsabiqə elan ediləcək.

Femida.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Əbülfəs Qarayev bildirib.

Nazir ötən həftə dövlət başçısının mədəniyyət xadimləri ilə keçirdiyi görüşdə qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atıldığını deyib:

“Görüşdə səslənən təkliflərdən biri də Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə heykəllərinin ucaldılması idi. Hazırda bu məsələ ilə bağlı müzakirə aparılır. Abidələri hazırlayacaq heykəltəraşlar müsabiqə yolu ilə seçiləcək. Bu yaxınlarda ilkin layihə üçün müsabiqə elan ediləcək. Həm memarların seçilməsi, həm də heykəllərin hansı ərazilərdə ucaldılması ilə bağlı yekun qərar veriləcək”.

Femida.az

Açar sözlər:

Oxunub: 578


Oxşar xəbərlər