ABŞ-ın Azərbaycandakı səfiri tezliklə Bakıya gəlir


21:21     05 Mart 2019 19_03_05_1551804883.jpg

ABŞ-ın Azərbaycandakı səfiri Li Litsenberq tezliklə Bakıya gələcək.

Femida.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi Facebook səhifəsində məlumat verilib.

Qeyd edək ki, ABŞ Senatı ötən ilin dekabrında diplomat Li Litzenberqin Azərbaycana səfir postuna namizədliyini təsdiqləyib.

Onun namizədliyi prezident Donald Tramp tərəfindən təklif edilmişdi. Səfir postuna təyin edilənə qədər diplomat Serbiya, Qırğızıstan səfirliklərində, həmçinin Birləşmiş Ştatların NATO yanındakı missiyasında çalışıb.

Açar sözlər:

Oxunub: 690