Ağcabədidə piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb


22:56     05 Mart 2019 hebs5.jpg

Ağcabədi rayonunda piyada qadını vurub öldürən sürücü saxlanılıb

Femida.az "Report"a istinadən bildirir ki, ötən gün rayonun Hindarx qəsəbəsində baş verən yol qəzasında 65 yaşlı Gülsüm Əsədovanın ölümünə səbəb olan sürücü hadisədən sonra ərazidən uzaqlaşsa da, polis əməkdaşları tərəfindən saxlanılıb. Məlum olub ki, hadisəni törədən şəxs "VAZ-2106" markalı avtomobillin sürücüsü Allahverdiyev Cəmaləddin İlham oğludur.

C.Allahverdiyev istintaqa cəlb olunub. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanaraq araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 436