Azərbaycandan gedən mikroavtobus qəzaya düşdü: 6 ölü, 5 yaralı (VİDEO)


09:39     06 Mart 2019 2019/03/ren-tv_1551851060.jpg

Rusiyanın Stavropol şəhərində Azərbaycandan hərəkət edən mikroavtobus qəzaya uğrayıb.


Femida.az-ın məlumatına görə, Azərbaycandan Moskvaya sərnişin daşıyan "Mercedes" markalı miniven qarşı yola çıxan "ZİL" markalı yük avtomobili ilə toqquşub. Nəticədə 6 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti ağırdır.




Femida.az

Açar sözlər:

Oxunub: 1104