Göyçayda bir ailə evsiz qaldı


09:48     06 Mart 2019 e933d2e976yangin_sivil_sinai.jpg

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Hadisə saat 06:30 radələrində rayonun Çərəkə kəndində qeydə alınıb.

Kənd sakini Adil Oruc oğlu Kərimova məxsus ev anidən alovlanıb. Hadisə yerinə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə edilir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 221