Səhiyyə Nazirliyi: Yanğın zamanı xəsarət alan 5 nəfərin vəziyyəti ağırdır


10:07     06 Mart 2019 2019/03/9f5bd661-74e2-4542-8b09-e49c12e1a94b-(1)_1551852529.jpg

Bakının Nərimanov rayonunda yerləşən yataqxanada baş verən yanğın zamanı təcili yardıma ümumilikdə 22 müraciət daxil olub.

Bu barədə Femida.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, onlardan 8 nəfərə yerində yardım edilib: “14 nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətirilib, onlardan 5 nəfər hospitalizasiya edilib və vəziyyətləri orta-ağır qiymətləndirilir. Digərləri ambulator qaydada ilkin yardım göstərildikdən sonra evə buraxılıblar. İki nəfər isə həkimlər hadisə yerinə çatana qədər ölüb”.


Açar sözlər:

Oxunub: 337