Mətbuat Şurası müxalifətin mitinqində monitorinq aparıb


21:59     25 Oktyabr 2015 mrts.PNG


Azərbaycan Mətbuat Şurası Müsavat Partiyasının oktyabrın 24-də Yasamal rayonundakı “Məhsul” stadionunda keçirdiyi mitinqdə monitorinq aparıb.
Şuradan Femida.az-a verilən məlumata görə, monitorinq zamanı peşə vəzifəsini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.
Azərbaycan Mətbuat Şurasının Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupunun üzvlərinə kütləvi informasiya vasitələrinin təmsilçilərindən hər hansı müraciət daxil olmayıb.

Monitorinq nəticəsində müəyyənləşdirilib ki, KİV-lərin mitinqi işıqlandıran əməkdaşları əsasən üzərində “PRESS” yazılmış xüsusi gödəkçələrdə olublar. Monitorinq qrupu, həmçinin jurnalistlərə peşə vəzifələrini yerinə yetirmək üçün yaradılan şəraiti nəzərdən keçirib. Bununla bağlı da hər hansı problem qeydə alınmayıb.

Açar sözlər:

Oxunub: 770