Evindən 4,2 kq tiryək çıxdı


11:02     06 Mart 2019 axar.az1389862472tiryek.jpg

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Lənkəran şəhəri ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotikərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Təhməzov saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan tiryək aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evdən isə çəkisi 4,2 kiloqrama yaxın tiryək aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.


Femida.az

Açar sözlər:

Oxunub: 384