Narkotik alverçiləri saxlanıldı


11:37     06 Mart 2019 terror%20hebs.jpg

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Ağstafa dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş M.Həsənov saxlanılıb.


DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 80 qram marixuana aşkar edilib. Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə polis əməkdaşları onun yaşadığı evdən əlavə olaraq 224 qram marixuana da aşkar edərək götürüblər.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində isə üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan X.Sutanov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 385 qram marixuana aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 254