Ötən il məhkəmələrdə 900 minə yaxın icra işi olub - 60 faizi təmin edilib


11:41     06 Mart 2019 2019/03/nureddin_1551858656.jpg


"Ötən illər ərzində vergi və sığorta borcları ilə bağlı edilən güzəştlər gözəl nümunədir. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı verilən fərman isə yüzminlərlə problemli kreditlərin taleyini həll etdi. Bu gələcəkdə məhkəmə və icra qurumlarının da iş yükünün azaldılması deməkdir. Bu bir çox məhkəmə və icrada olan işlərin geri çağırılması deməkdir".


Femida.az xəbər verir ki, bu sözləri Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin rəisi Nurəddin Mustafayev deyib. O, bildirib ki, son illər icra xidmətinin iş yükü kəskin artıb:

"Cənab prezidentin də ötən çıxışlarından birində qeyd etdiyi kimi tezliklə məhkəmə hüquq sahəsində də ciddi islahatların şahidi olacağıq. 2018-ci ildə 900 minə yaxın icra işi olub. Hər bir iş ən azı 2 nəfərin həyatına təsir edirsə, ortaya çox böyük rəqəm çıxır. 2018-ci ildə 60,5 faiz işlərin icrası təmin edilib. Biz son illərdə icra işlərinin təmin olunmasını çoxaltmaq üçün hansı işləri gördük? İcra qurumlarının iş şəraiti yaxşılaşdırdıq, yerli qurumları avtomobillərlə təchiz etdik, 30-a yaxın inzibati bina təmir olundu, işdə fərqlənən işçilərə həvəsləndirici mükafatlar verildi, eyni zamanda vəzifələrini yüksəltdik".

"2018-ci ildə işləri icrada olan tələbkarlara 1 milyard 154 milyon manat ödənilib. 2017-ci ildə aliment işlərinin 95 faizi icra olunub. Son 2 ildə vergi borclarının icrası nəticəsində dövlət büdcəsinə 30 milyon manat ödənilib", - deyə idarə rəisi qeyd edib.

Amin Nəzərli
Femida.az

Açar sözlər: #icra   #ədliyyə   #qanun   #hüquq  

Oxunub: 1475