900-dən çox məhkuma elektron qolbaq bağlanıb


12:01     06 Mart 2019 2018/10/eektron-qolbaq_1538991371.jpg


"Bizim vəzifəmiz odur ki, vətəndaşları islah edərək onları normal cəmiyyətə qaytaraq. 2017-ci ildə Probasiya xidmətinin yaradılması ilə bağlı ölkə başçısının sərəncamından sonra biz həmin il dekabrın 1-də fəaliyyətə başladıq".

Femida.az xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyi Probasiya xidmətinin rəisi - Baş probasiya məmuru Aqşin Ziyadov deyib. Onun sözlərinə görə, xidmətin əsas diqqət yetirdiyi məsələ azadlığın məhdudlaşdırılması cəza növüdür:

"Qanunla bu xidmət elektron nəzarət vasitələri ilə həyata keçirilir. Bununla bağlı bir sıra tədbirlər görmüşük. 2018-ci il aprelin 15-dən bu caza növü qüvvəyə mindi. Mayın sonlarından isə məhkəmələrdə bu cəza növü tətbiq olunmağa başladı. Bu gün artıq 900-dən çox məhkuma elektron qolbağlar vasitəsi ilə nəzarət edilir".

Xidmət rəisinin sözlərinə görə, ictimai işlər cəzasının real icrasını təmin etmək üçün müvafiq dəyişikliklər olub:

"2018-ci ildə 379 nəfər məhkuma bu növ cəza verilib. Bununla bağlı dövlət qurumları ilə sıx işləyirik. Bu cəza növünün mahiyyəti odur ki , törətdiyi əmələ görə vətəndaşlar ictimai işlərə cəlb olunaraq islah edilir. Yerli probasiya qurumlarının qeydiyyatında ümumilikdə 21.347 məhkum olub".



Amin Nəzərli
Femida.az

Açar sözlər: #Ədliyyə   #hüquq   #qanun   #probasiya  

Oxunub: 869