Əlilliyə görə pensiyalar elektron qaydada təyin olunacaq - YENİLİK
15:19 06 Mart 2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu ay ərzində əlilliyə görə pensiya təyinatının elektron sistem üzərindən həyata keçirilməsinə başlamağı planlaşdırır. Bunun üçün müvafiq avtomatlaşdırılmış infrastrukturun hazırlanması işləri artıq yekunlaşır.
Femida.az xəbər verir ki, yaşa görə pensiya təyinatı kimi, əlilliyə görə pensiya təyinatı da heç bir yerə müraciət olunmadan və sənəd təqdim edilmədən elektron qaydada təyin olunacaq. Əlillik təyin olunmuş şəxsin pensiya hüququ yarandıqda ona həmin gün ərzində elektron qaydada pensiya təyin edilməklə bu barədə (həmçinin pensiyanın məbləği, bank kartını əldə edəcəyi bank filialı və vaxt barədə) “sms”, e-mail və ya rəsmi məktubla məlumat veriləcək.
Nəticədə əliliyə görə pensiya təyinatında da vətəndaş-məmur təması tam aradan qalxacaq. Şəffaf və çevik pensiya təyinatı təmin edilməklə, vətəndaş məmnunluğu artacaq.
Onu da bildirək ki, pensiya təminatı sistemi 1 milyon 300 min nəfəri əhatə edir ki, onlardan 58,3 faizi yaşa görə, 11,6 faizi ailə başçısını itirməyə görə, 30,1 faizi isə əlilliyə görə pensiya alanlardır.
Femida.az
Oxunub: 1555
Oxşar xəbərlər
- Cəlilabadın icra başçısının müavini işdən çıxarılıb
- Ucarda üzərinə benzin tökərək yandıran əlil ölüb
- Hərbçilərə mərmi apararkən minomyotla vurdular: İNDİ ƏLİLLİK ALA BİLMİR
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Cəlilabadda kütləvi dava olub, biri yeniyetmə olmaqla üç nəfər xəsarət alıb
- Cəlilabadda 30 yaşlı şəxs intihar edib
- Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var
- Daha 50 Vətən müharibəsi əlilinə avtomobil verilib
- Agentlik sədri: "Bu il 30 min şəxsə əlillik təyin olunub"
- Cəlilabadda yanğın başlayıb