Qusarda da yol qəzası olub - Piyada öldü


15:46     06 Mart 2019 piyada8.jpg

Qusarda yolu keçən piyadanı avtomobil vurub.


DİN-dən Femida.az-a verilən məlumata görə, martın 5-də saat 20 radələrində Bakı şəhər sakini T.Poladova idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən Qusar rayon sakini A.Həsənbəyovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 343