Türk gəmiləri rus hərbi bazasına daxil oldu


18:11     06 Mart 2019 19_03_06_1551877269.jpg

Türkiyə Hərbi Dəniz Qüvvələrinə məxsus “Burqazada” korveti və “Akçay” minaaxtaran gəmisi Rusiyanın Novorossiysk hərbi dəniz bazasına gəlib.

Femida.az xəbər verir ki, bu barədə Rusiyanın Qara dəniz donanmasının mətbuat xidməti informasiya yayıb.

“Mavi Vətən-2019” təlimləri çərçivəsində Rusiyaya gedən türk gəmilərinin komandanlığı burada Novrossiysk şəhər administrasiyası və dəniz bazasının komandiri ilə görüşəcək. Gəmilər martın 8-nə qədər sözügedən dəniz bazasında qalacaq.

Açar sözlər:

Oxunub: 376