Sabahdan bu küçədə hərəkət məhdudlaşdırılacaq


19:59     06 Mart 2019 yol%20temir.jpg

Biləcəri qəsəbəsi, Ordubadi küçəsində təmir-tikinti işlərinə başlanılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən Femida.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə martın 7-də səhər saatlarından etibarən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Ordubadi küçəsində təmir-tikinti işlərinə start verilir. Bununla əlaqədar olaraq yolda hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən təmir-bərpa işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına, həmçinin yol hərəkəti qaydalarına əməl etmələri və sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etmələrinə üstünlük vermələri xahiş olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 362