Azay Quliyev səfir Mixail Boçarnikovla görüşüb
20:24 06 Mart 2019
Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovla görüşüb.
Femida.az -ın məlumatına görə, görüşdə Şuranın fəaliyyət istiqamətləri haqqında fikir mübadiləsi aparılıb. Azay Quliyev bildirib ki, Şuranın 2019-cu ildən etibarən 13 yeni elektron xidməti fəaliyyətə başlayacaq. Bu Şuranın fəaliyyətində şəffaflığın və hesabatlılığın daha da artırılması, həmçinin çevikliyin və operativliyin təmin olunmasına istiqamətlənib.
Azay Quliyev bildirib ki, 2013-cü ildə Şura ilə Rusiya Federasiyasının İctimai Palatası arasında “Birgə Fəaliyyət və əməkdaşlıq haqqında Memorandum" imzalanıb. Sənəd 4 il müddətində Azərbaycan və Rusiya QHT-lərinin müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığını nəzərdə tuturdu. Hazırda Şura ilə İctimai Palata arasında iki ölkənin ictimai həyatı üçün aktual olan məsələlərin əksini tapacağı, QHT-lər arasında əməkdaşlığın inkişafını nəzərdə tutan yeni Memorandumun imzalanması məqsədilə danışıqlar aparılır.
Görüşdə Azərbaycan və Rusiya vətəndaş cəmiyyətləri arasında dostluğun və əməkdaşlığın dərinləşdirilməsinə məqsədilə iki ölkə QHT-lərinin beynəlxalq Forumunun keçirilməsinə dair müzakirələr aparılıb.
Azay Quliyev Şura ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi arasında “(Qeyri-Hökumət Təşkilatlarına dair) Birgə Fəaliyyət və Əməkdaşlıq Haqqında” Anlaşma Memorandumunun imzalandığını deyərək, ölkələrin ictimai əlaqələrinin daha da gücləndirilməsi məqsədi ilə əməkdaşlığın üç tərəfli olması (Azərbaycan- Rusiya- Türkiyə) təşəbbüsü ilə çıxış edib.
Səfir Mixail Boçarnikov Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığının hər iki ölkə üçün faydalı olduğunu vurğulayaraq Şura və İctimai Palata arasında yeni Memorandumun imzalanmasının vacib olduğunu deyib.
Femida.az
Oxunub: 498
Oxşar xəbərlər
- Azay Quliyev seçicilərlə görüşüb
- Azay Quliyev BMT və ATƏT-i Ermənistandan mina xəritələrini tələb etməyə çağırdı
- Azay Quliyev Hesablama Palatasına təkliflər verdi
- Azay Quliyev 5 ölkənin ATƏT PA-dakı nümayəndə heyətinə məktub göndərib
- Azay Quliyev yenidən ATƏT PA-nın vitse-prezidenti seçildi
- Azay Quliyev ATƏT PA-da erməniləri susdurdu - VİDEO
- Azay Quliyev ATƏT-in konfransını idarə edəcək
- Azay Quliyev seçicilərini qəbul edib
- Azay Quliyev prezidentə təşəkkür etdi
- Azay Quliyev Mehman Hüseynovla bağlı hüquq-mühafizə orqanlarına müraciət etdi