Daha bir yanğın: Villa külə döndü


21:54     16 May 2015 azerbaycanda%20daha%20bir%20yangin.jpg

Bakıda böyük bir villa yanıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayonunda vətəndaşa məxsus, ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli, mansarda tipli 7-otaqlı evdə yanğın olub.

Yanğın qısa zamanda evin iki mərtəbəsini bürüyüb. Evin 1-ci mərtəbəsində ev əşyaları 5 kv.m sahədə, 2-ci mərtəbədə ev əşyaları 18 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının səbəbləri məlum deyil.

Açar sözlər:

Oxunub: 395