Hindistanda “donuz qripi”ndən ölənlərin sayı 530 oldu


22:49     06 Mart 2019 2019/03/22-49-44-photo_1551898229.jpg

Hindistanda “donuz qripi”nə yoluxma halları artıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Hindistanın Xəstəliklərə Nəzarət Milli Mərkəzindən verilən məlumatda martın 3-dək 2 min 500 nəfərin H1N1 virusuna yoluxduğu, 530 nəfərin isə öldüyü bildirilib.

Məlumata əsasən, 24 fevral-3 mart tarixində xüsusilə xəstələrin sayında artım müşahidə olunub və 17 min 366 nəfərdə virusun əlamətləri aşkarlanıb.

Açar sözlər:

Oxunub: 393