Həmkəndlisini bıçaqlayan Ağcəbədi sakini saxlanıldı


10:04     07 Mart 2019 metro%20bicaq4.jpg


Ağcəbədidə cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

DİN Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, martın 3-ü gecə radələrində Ağcabədi rayon Hüsülü kəndi ərazisindən Rey Rüstəmovun kəsilmiş-deşilmiş yaralarla rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirildiyi barədə RPŞ-yə məlumat daxil olub. Yaralıya tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Məlumatla əlaqədar Ağcabədi Rayon Polis Şöbəsini əməkdaşları tərəfindən peşəkarlıqla keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində münaqişə zəminində həmkəndlisinə xəsarət yetirməkdə şübhəli bilinən Elçin Verdiyev saxlanılaraq istintaqa təhvil verilib. Dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər: #Bərdə   #Ağcəbədi   #DİN   #polis  

Oxunub: 522