16,2 kq-dan artıq narkotik dövriyyədən çıxarılıb


10:43     07 Mart 2019 19_03_07_1551941029.jpg


Respublikanın daxili işlər orqanları ümumən cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, martın 6-da bu istiqamətdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 16,2 kiloqramdan artıq narkotik vasitə olan marixuana, həmçinin 27 ədəd çətənə kolu götürülərək qanunsuz dövriyyədən çıxarılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Femida.az

Açar sözlər: #narkotik  

Oxunub: 269