Xırdalanda ev yanıb, 42 yaşlı kişi ölüb
11:16 07 Mart 2019
Xırdalan şəhərində ölümlə nəticələnən yanğın baş verib.
Femida.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 50 m² olan 1 otaqlı mənzildə yataq dəsti və ev əşyaları 10 m² sahədə yanıb, yüksək temperaturdan hamam otağının plastikdən ibarət qapısı əriyib.
Yanğının kəşfiyyatı zamanı 1977-ci il təvəllüdlü Şıxməmmədov Namiq Kamal oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Femida.az
Oxunub: 395
Oxşar xəbərlər
- Xırdalanda keçmiş arvadını öldürməkdə şübhəli bilinən kişi tutulub - RƏSMİ
- Xırdalanda məktəbin uçan damının təmirinə başlanılıb
- Xırdalanda arvadını balta ilə qətlə yetirən şəxsin ibtidai istintaqı başa çatıb
- Xırdalanda gənci avtomobil vurub
- Xırdalanda daha bir narkotacir saxlanılıb
- Xırdalanda su kəsiləcək
- Xırdalanda 60 yaşlı qadın dəm qazından zəhərlənib
- Xırdalanda kişi qonşusu tərəfindən bıçaqlanıb
- Xırdalanda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
- Xırdalanda ər 22 yaşlı arvadını öldürdü