Urmiya gölündə suyun səviyyəsi artıb


12:09     07 Mart 2019 urmiya.jpg

İranın Qərbi Azərbaycan vilayətində yerləşən Urmiya gölündə suyun həcmi 560 milyon kubmetr artıb.



Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qərbi Azərbaycan vilayəti Urmiya Gölünün Bərpası Komitəsinin vilayət üzrə idarəsinin direktoru Fərhad Sərxoş açıqlamasında deyib.

Onun sözlərinə görə, Urmiya gölündə su ərazisi 2402 kv.km-dir.

F.Sərxoş əlavə edib ki, suyun səviyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə bu il (21 mart 2018-dən başlayaraq) 25 santimetr artıb.

Hazırda Urmiya gölündə suyun mövcud həcminin 2,25 milyard kubmetr olduğunu deyən F.Sərxoşun sözlərinə görə, ötən il suyun həcmi 1,69 milyard kubmetr olub.

Qeyd edilir ki, bu il Urmiya gölünə suyun nəqli üzrə bir neçə layihə istismara veriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 401


Oxşar xəbərlər