Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub

Şamaxıda körpələr evi-uşaq bağçasının açılışı olub


12:35     07 Mart 2019 2019/03/Ilham-1551946955_1551947804.jpg

Martın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Məktəbəqədər təhsil proqramı” çərçivəsində Şamaxının Şəhriyar qəsəbəsində yeni inşa olunmuş 4 saylı körpələr evi-uşaq bağçasının açılışında iştirak ediblər.

Femida.az xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım körpələr evi-uşaq bağçasının rəmzi açılışını bildirən lenti kəsdilər.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva körpələr evi-uşaq bağçasında yaradılan şəraitlə tanış oldular.

Femida.az

Açar sözlər:

Oxunub: 179