Müəmmalı ölüm: 2 ayın gəlini asılmış vəziyyətdə tapıldı (VİDEO)


12:48     07 Mart 2019 2019/03/19_02_27_1551260855_1551948546.jpg

Füzulidə 2 ayın gəlininin ölümü ilə bağlı özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi açılsa da, mərhumun atası hadisənin intihar olmadığını iddia edir.


Femida.az xəbər verir ki, Füzuli rayonu Kərimbəyli kənd sakini Şahverdiyev Valeh Çərkəz oğlu 2 ayın gəlini olan qızının ölümü ilə bağlı Bizimyol.info-ya açıqlama verib.

O, deyib ki, orta məktəb müəllimi olan qızı Afət Şahverdiyeva bu ilin fevralın 8-də müəmmalı şəkildə ölüb:

“Qızım hərbçi ilə ailə həyatı qurmuşdu. Həyat yoldaşı evdə olarkən qızımın özünü intihar etdiyi bildirilir. Qızımın intihar etməsi üçün hər hansı bir səbəb ola bilməzdi. Qızım dərs dediyi məktəbdən 700 manat maaş alırdı. Yemək-içmək problemi yox idi. Evlənməmişdən 1 il öncə özünə avtomobil də almışdı”.


Valeh Şahverdiyev bildirib ki, hələlik ekspertizanın yekun rəyi yoxdur:

“Mən prokurora da, polis rəisinə də demişəm ki, qızımın özünü asma ehtimalı yoxdur. Afətin həyatından narazılığı olmayıb. Həmin gün də həyat yoldaşı ilə birlikdə banka gedib, gəliblər evə, 15 dəqiqə sonra bu hadisə baş verib. Meyitin şəkillərinə baxanda görünən izlər də onun özünü asmadığını deməyə əsas verir”.

Faktla bağlı açılmış cinayət işi üzrə zərərçəkmiş kimi tanınan ailənin vəkili Osman Kazımovdur. Osman Kazımov bildirib ki, yeni müqavilə bağlayıb və hazırda cinayət işi materialları ilə tanış olur. Osman Kazımov bildirir ki, ona meyitin şəkilləri təqdim olunub: "Şəkillərdə görünür ki, meyitin üzərində xəsarət izləri var. Boğulma da özünü asmaya xarakterik deyil. Çünki özünü asma zamanı yuxarı dartınma olur və ağırlıq aşağı düşür. İlgək yuxarıya doğru qalxır. Amma şəkillərdəki vəziyyət buna uyğun deyil. Hazırda iş ekspertizadadır və ekspertizanın yekun rəyinə əsasən dəqiq fikir söyləmək olar”.

Baş Prorkurorluğun Mətbuat Xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, dünyasını dəyişən şəxsin öldürülməsi ilə bağlı qohumlarında hər hansı şübhə və ya iddia varsa, bu barədə müvafiq rayon prokurorluğuna məlumat verməlidirlər.

Daha ətraflı videonu təqdim edirik:


Açar sözlər: #QƏTL   #KRİMİNAL   #VİDEO  

Oxunub: 3190