Kinematoqrafçılar İttifaqı təkliflər hazırladı - Prezidentə təqdim olunacaq


15:19     07 Mart 2019 19_03_07_1551957703.jpg


Bu gün Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin geniş tərkibdə iclası keçirilib.

Femida.az bildirir ki, bu barədə Report-a iclasda iştirak etmiş Azərbaycanın əməkdar incəsənət xadimi, əməkdar mədəniyyət işçisi, kinoşünas Aydın Kazımzadə məlumat verib.

O bildirib ki, iclas İttifaqın sədri, xalq artisti Şəfiqə Məmmədovanın sədrliyi ilə keçirilib. İclasda Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamın icrasına uyğun olaraq müzakirələr aparılıb və təkliflər hazırlanıb.

“Hazırlanan təkliflər yaxın müddətdə dövlət başçısına təqdim olunacaq” - deyə, Aydın Kazımzadə əlavə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 355


Oxşar xəbərlər