Evi yanan köçkünlər kirayə mənzillərə köçürüldü


15:38     07 Mart 2019 19_03_07_1551958743.jpg


Azərbaycan İncəsənət Universitetinin balansında olan, hal-hazırda Ağdam rayon məcburi köçkünlərinin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 3-cü mərtəbəsində baş vermiş yanğın nəticəsində evləri yararsız vəziyyətə düşən şəxslər bir neçə müddətlik kirayə evlərdə yaşayacaqlar.


Femida.az xəbər verir ki, bu barədə yataqxana sakinləri məlumat veriblər. Onların sözlərinə görə yalnız 3-cü mərtəbədə yaşayan sakinlərə 300 manat verilməklə kirayə evlərə köçmələri üçün şərait yaradılıb.

“Digər mərtəbələrin sakinləri isə işıq və su sitemi bərpa edilərək evlərinə köçüblər. 10-15 günlük təmirdən sonra 3-cü mərtəbənin sakinləri də evlərinə qayıdacaqlar. Kirayəyə köçürüldüklərinə görə qurulan çadırlar sökülüb”,- deyə sakinlər bildiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 464