Bişkekdə Heydər Əliyev adına park salınacaq


18:28     07 Mart 2019 19_03_07_1551964519.jpg

Qırğızıstanın paytaxtı Bişkekdə Azərbaycanın Qırğızıstandakı səfirliyi ilə şəhər bələdiyyəsi arasında əməkdaşlıq memorandumu imzalanıb.

Femida.az xəbər verir ki, memoranduma əsasən Bişkekdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev adına park və ümumtəhsil məktəbinin tikintisi nəzərdə tutulur.

Sənədi Bişkek meri Aziz Surakmatov və Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov imzalayıb.


Qeyd olunur ki, Bişkekdə 5,5 hektar ərazidə Heydər Əliyev adına parkın salınması, eləcə də 550 şagird yerlik məktəbin tikintisi planlaşdırılır.

Açar sözlər:

Oxunub: 528