Xətaidə top mərmisi tapılıb
18:35 07 Mart 2019
Fövqəladə Hallar Nazirliyinin 112 – qaynar xəttinə Bakının Xətai rayonunda sursatın aşkarlanması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a bildiriblər ki, Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri əraziyə cəlb olunub.
XRXX-nın mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçiriblər. Aşkarlanan sursata baxış zamanı onun döyüş tətbiqinə yararsız, lakin insan həyatı üçün təhlükəli olan top mərmisi olduğu müəyyənləşib. Sursat ANAMA-nın mütəxəssisləri tərəfindən götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Mərminin tapıldığı əraziyə yerüstü baxış zamanı heç bir şübhəli əşya aşkar edilməyib.
Femida.az
Oxunub: 434
Oxşar xəbərlər
- Xətaidə qanunsuz narkotik satışı ilə məşğul olan 11 nəfər saxlanılıb
- Xətaidə avtomobillə vurulan 43 yaşlı qadın ağır xəsarət alıb
- Xətaidə yaşayış binasında yanğın olub
- Xətaidə qanunsuz işləyən heyvan kəsimi məntəqələrində reydlər keçirilib
- Xətaidə 80 yaşlı qoca yol qəzasında xəsarət aldı
- Xətaidə qanunsuz işləyən daha 7 heyvan kəsimi məntəqəsi aşkarlandı
- Xətaidə qanunsuz fəaliyyət göstərən 13 heyvan kəsimi məntəqəsi aşkarlandı - SİYAHI
- Xətaidə çoxmərtəbəli yaşayış binasında yanğın olub
- Xətaidə yanğın olub, xəsarət alanlar var
- Xətaidə evi söküldüyü üçün özünü yandıran vətəndaşa hökm oxunub