Cəlilabadda 10 yaşlı uşağın ölümü ilə bağlı araşdırma başlayıb


19:07     07 Mart 2019 klinika.jpg

Cəlilabad Rayon Prokurorluğunda 10 yaşlı uşağın ölümü ilə bağlı araşdırma başlayıb.

Bu barədə Cəlilabad Rayon Prokurorluğundan məlumat verilib.

Qeyd edək ki, Cəlilabad rayonu Qarazəncir kəndinin sakini, 2009-ci il təvəllüdlü Elnar Çingiz oğlu Mustafayevnun hərarəti qalxıb. Ona tibb bacısı tərəfindən antibiotik iynə vurulduqdan sonra halı pisləşib və bundan sonra Cəlilabad Rayon Mərkəzi xəstəxanasına çatdırılıb. Ancaq uşağın öldüyü məlum olub. Onun ölümünə səbəb kimi həkimin antibiotiki sınaq qoymadan vurması olub.

Femida.az

Açar sözlər:

Oxunub: 439