Venesuelanı növbəti sanksiyalar gözləyir


22:50     07 Mart 2019 19_03_07_1551982317.jpg

ABŞ-ın Venesuela üzrə xüsusi nümayəndəsi Elliott Abrams Vaşinqtonun Karakasa qarşı yeni maliyyə sanksiyaları hazırladığını bəyan edib.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, sanksiyalar prezident Nikolas Maduronun göstərişlərini yerinə yetirən maliyyə təşkilatlarına tətbiq ediləcək.

Abrams bildirib ki, həmin institutlar Venesueladan maliyyə vasitələrini oğurlayaraq onu dünyanın müxtəlif yerlərində gizlədirlər. Məhdudiyyətlər üçüncü dövlətlərə şamil edilə bilər.


Xatıladaq ki, bundan əvvəl ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton da Maduroya yardım edən xarici bankları sanksiyaların gözlədiyini bəyan etmişdi.

Açar sözlər:

Oxunub: 378


Oxşar xəbərlər