Qusarda köşkdə yanğın baş verib - Ölən var
10:06 08 Mart 2019
Qusar rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Femida.az-a verilən məlumata görə, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, ümumi sahəsi 27 m² olan dəmir konstruksiyalardan ibarət köşkün şüşə-pambıq üzlüyü yanıb.
Yanğının kəşfiyyatı zamanı köşkün içərisində 1977-ci il təvəllüdlü Seyidov Namiq Abdulla oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Femida.az
Oxunub: 332
Oxşar xəbərlər
- Qusarda meyiti tapılan qadının əri tərəfindən döyülərək öldürüldüyü məlum olub
- Qusarda ikimərtəbəli ev yanıb
- Qusarda 20 yaşlı oğlan göldə boğulub
- Qusar sakini intihar edib
- Qusar sakinləri Xaçmazda bıçaqlanıblar
- Qusarda mağazadan oğurluq edən şəxs həbs edilib
- Qusarda gənc qadın dəm qazından ölüb
- Qusarda karantin qaydalarını pozan çay evinin icarədarı həbs edilib
- Qusarda qumbara və xeyli sursat aşkarlanıb
- Qusarda yol qəzası baş verib