Rusiyanın Ermənistandakı hərbçisi bıçaqlanıb


12:22     08 Mart 2019 19_03_08_1552033400.jpg

Rusiyanın Ermənistandakı bazasının 22 yaşlı hərbçisi Racan Kajimirov döş boşluğundan bıçaqla yaralanıb.

Femida.az Report-a istinadən xəbər verir ki, məlumatı “Novosti Aremniya” yayıb.

Hadisənin səbəbi araşdırılır, günahkarlar müəyyənləşdirilir.

Qeyd edək ki, 22 yaşlı Rusiya vətəndaşı Rusiyanın Gümrüdəki 102 saylı hərbi hissəsində qulluq edir. Onun hələ koma vəziyyətində olduğu bildirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 545