Xırdalanda DƏHŞƏT - Əmisini öldürüb, mənzilə od vurdu
14:29 08 Mart 2019
Xırdalan şəhərində baş vermiş dəhşətli yanğının təffərüatı məlum olub.
Femida.az Report-a istinadən bildirir ki, "Gənclər Şəhərciyi" yaşayış kompleksi, giriş 76, ev 11 ünvanında çarpayıda yanmış kişi meyti aşkarlanıb.
Abşeron Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunub ki, yanğın zamanı dünyasını dəyişən Şıxməmmədov Namiq Kamal oğlunun sifət nahiyyəsində sınıq xəsarətləri var. Araşdırmalarla bu hadisəni mərhumun qardaşı oğlu 1996-cı il təvəllüdlü Şıxməmmədov Məzahir Ehtiram oğlu törətdiyi və izi itirmək məqsədi ilə mənzilə od vurduğu məlum olub.
Hadisəni törədən şəxs yaşadığı Sumqayıt şəhəri 17-ci mikrorayon ev 18 mənzil 38-də saxlanılaraq Abşeron rayon Polis İdarəsinə gətirilib .
Saxlanılan şəxs dəhşətli cinayəti spirtli içki qəbul etdikdən sonra törətdiyini etiraf edib. Faktla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Cinayətin üstü mərhumun 4-cü mərtəbədə tapılan mobil telefonu vaistəsi ilə açılıb.
Femida.az
Oxunub: 699
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"