Yataqxanada yanğın olub - 4 məcburi köçkün təxliyə edilib


15:50     08 Mart 2019 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-640.jpg

Bakı şəhərinin Yasamal rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxanada yanğın olub.

Femida.az FHN-ə istinadən xəbər verir ki, binanın birinci mərtəbəsində ümumi sahəsi 15 m² olan 1 otaqlı mənzildə yataq dəsti və pəncərə çərçivəsi yanıb.

Yanğın zamanı 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 220