Azərbaycanda vergi ödəyicilərinin sayı artıb


16:55     08 Mart 2019 Yoxlama%20nezaret%20imtahan_0.jpg

2019-cu ilin yanvarında qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 9346 nəfər təşkil edib.

Bbu barədə Femida.az Vergilər Nazirliyinə istinadən məlumat verir.

Onlardan 1243-ü hüquqi şəxs, 8103 nəfəri fiziki şəxsdir. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,5 faiz çoxdur.

Regionlardan olan vergi ödəyicilərinin ümumi payı 54,8 faizə bərabər olub. Hesabat dövründə elektron yolla qeydiyyatdan keçən hüquqi şəxslərin payı 69,1 faiz, fiziki şəxslərin sayı 1,8 faizdir.

2019-cu ilin martın 1-ə qeydiyyatdan keçən vergi ödəyicilərinin sayı 988 158 nəfər təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 377