Şahmatçılarımız uduzu


19:30     08 Mart 2019 sahmat3.jpg

Azərbaycanın kişi şahmatçılardan ibarət milli komandası Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının IV turunda İsveç yığması ilə qarşılaşıb.


Femida.az -ın məlumatına görə, görüş skandinaviyalıların qələbəsi ilə yekunlaşıb - 3:1. Fikrət Sideifzadənin kapitan olduğu yığmanın üzvlərindən yalnız Rauf Məmmədov qələbə qazanıb. Əvəzində Arkadi Naydiç, Qədir Hüseynov və Eltac Səfərli rəqiblərinə təslim olub.

Beləliklə, 3-cü məğlubiyyətlə üzləşən Azərbaycan millisi 9-cu pilləyə enib. İlk qələbəsini qazanan İsveç isə 8-ci pilləyə yüksəlib.

İlk 3 turda Azərbaycan yığması Çin və İngiltərəyə uduzub, Qazaxıstanla heç-heçə edib. İsveç isə Hindistan, Qazaxıstan və İranla keçirdiyi qarşılaşmalardan məğlub ayrılıb.

IV turun Rusiya - İngiltərə matçında qalib müəyyənləşməyib - 2:2. ABŞ - Qazaxıstan, Hindistan - Çin və İran - Misir qarşılaşmaları hələ davam edir.

4 turdan sonra Rusiya 7 xalla liderdir. İngiltərə isə 6 xalla 2-ci pillədədir.

Dünya çempionatı, IV tur
8 mart

13:00. İsveç – Azərbaycan - 1:1

Nils Qrandelius - Arkadi Naydiç - 1:0
Hans Tikkanen - Rauf Məmmədov - 0:1

Erik Blumkvist - Qədir Hüseynov - 1:0

Linus Yohansson - Eltac Səfərli - 1:0

Məmmədov və Səfərli ağ, Naydiç və Hüseynov qara fiqurlarla çıxış edib.

Açar sözlər:

Oxunub: 462