Qardaşı Səudiyyə şahzadəsini öldürmək istədi - ŞOK SUİ-QƏSD


20:30     08 Mart 2019 2019/03/1552042788_345f2bd7-c774-4795-a44b-4a8b8b0e6723_1552054193.jpg

Səudiyyə Ərəbistanının vəliəhdi şahzadə Məhəmməd bin-Salmana qarşı sui-qəsd cəhdi olub.

"Report” "aksam”a istinadən xəbər verir ki, bu barədə İsrailin "Makorrishon” xəbər saytı məlumat yayıb.

Bildirilib ki, Məhəmməd bin-Salman sui-qəsdin qarşısını son anda ala bilib. Bu cinayəti törətməkdə şübhəli bilinən Bəndər bin-Salman tutulub.

Məlumata görə, Bəndər bin-Salman vəliəhdin qardaşıdır. Bildirilib ki, o, krallığın mühafizə dəstəsi üzvlərindən birinə bu məqsəd üçün 10 milyon rial (2 milyon 666 min 471 dollar) pul təklif edib.

Açar sözlər:

Oxunub: 435