Binəqədidəki binada yanğın söndürüldü - YENİLƏNİB


09:57     09 Mart 2019 19_03_09_1552111100.jpg


Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında başlayan yanğın söndürülüb.


Yanğın zamanı xəsarət alan olmayıb, lakin sakinlərdən bəziləri özlərini pis hiss etdikləri üçün hadisə yerinə təcili yardım briqadası cəlb edilib və onlara yerində yardım göstərilib.

Yanğının elektrik xətlərində qısaqapanma səbəbindən baş verdiyi bildirilir.


09-20

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında yanğın baş verib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, yanğın binanın 3-cü mərtəbəsində başlayıb.

Yanğınla əlaqədar bina sakinlərin təxliyə olunublar. Hazırda hadisə yerində yanğınsöndürmə briqadası çalışır.

Açar sözlər:

Oxunub: 471