Erməni vətəndaş "Niva" ilə meriya binasına girmək istədi - VİDEO+FOTO


10:44     09 Mart 2019 19_03_09_1552113736.jpg

Ermənistan vətəndaşı hökumətə etiraz əlaməti olaraq özünün “Niva” markalı avtomobilini paytaxt İrəvanın meriya binası önündə yandırmağa cəhd edib.

Femida.az azvision.az-a istinadən xəbər verir ki, narazı sakin maşınını meriya binasının pilləkənləri ilə sürərək əsas giriş qapısının önündə saxlayıb və uzun müddət orada dayanıb.



Daha sonra sürücü avtomobilinə benzin tökərək yandırmağa çalışıb, lakin buna müvəffəq olmayıb. Hadisə yerinə Ermənistan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və polis işçiləri cəlb edilib. Aydın olub ki, vətəndaşın bu addımı səbəbi İrəvan meriyasının onun mağazasını sökmək niyyəti ilə əlaqədardır.



Femida.az

Açar sözlər: #İrəvan   #erməni  

Oxunub: 569