Əsgərlər komandirlərini öldürdü


11:20     09 Mart 2019 19_03_09_1552116062.jpg

Ukraynalı əsgərlər öz komandirlərini öldürüblər.


Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə qondarma Donetsk Xalq Respublikasının (DXR) Əməliyyat Komandanlığının rəsmi nümayəndəsi Eduard Basurin bildirib.

Onun sözlərinə görə, hadisə martın 6-da olub. Belə ki, birinci batalyonun leytenantı gecə yoxlanışı zamanı 5 hərbçinin içki içdikdən sonra yatdıqlarını aşkarlayıb. Komandirin xəbərdarlığından sonra iki serjant əsəbləşdiyindən ona atəş açaraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 436