ABŞ-da 10 ən təhlükəli canidən biri yaxalandı


15:07     09 Mart 2019 19_03_09_1552118892.jpg

ABŞ-ın Merilend ştatının polis əməkdaşları axtarışda olan 10 ən təhlükəli caninin siyahısında yer alan Lamont Stefensonu həbs edib.


Bu haqda ABC telekanalı məlumat yayıb.

49 yaşlı Stefenson adı Federal Təhqiqatlar Bürosunun siyahısına düşdükdən 147 gün sonra ələ keçib. O, 2014-cü ildə Olqa Decezus adlı sevgilisini və onun itini boğaraq öldürüb, ştatdan qaçıb.

o, 6 mart 2019-cu ildə intim münasibətdə olduğu 40 yaşlı Natin Kayı və onun pişiyini öldürüb.

Polis Princ-Corces dairəsində avtomobilini park edən şübhəli şəxs barədə şikayətin daxil olmasından sonra onu saxlayıb. Çağırışla bağlı əraziyə gələn asayış keşikçiləri Stefensonu icarəyə götürülmüş yük maşınında yatmış vəziyyətdə aşkarlayıb.

O əvvəl səfil olduğunu və pis hava şəraitinə görə avtomobilə sığındığını deyib. Ancaq polis əməkdaşlarının sorğu-sualtından sonra əsl adını bildirib və axtarışda olduğunu etiraf edib. Saxlanılan zaman üzərində odlu silahın olduğu deyilir.

Qeyd olunur ki, Federal Təhqiqatlar Bürosu axtarışda olan cinayətkarın yeri ilə bağlı məlumata görə 100 min dollar mükafat təyin etmişdi.

Açar sözlər:

Oxunub: 355