"Qarabağ"ın rəqibi erməni təxribatına görə cəzalandırıldı


12:28     09 Mart 2019 19_03_09_1552120136.jpg


UEFA-nın İntizam Komitəsi Avropa Liqasının qrup mərhələsində keçirilən “Arsenal” - “Qarabağ” oyununda baş verən insidentlə bağlı qərarını açıqlayıb.


Femida.az xəbər verir ki, görüşdə erməni azarkeş tərəfindən Dağlıq Qarabağdakı qondarma qurumun "bayrağı"nın meydana çıxarılması və görüşün gec başlaması səbəbindən İngiltərə təmsilçisi cəzalandırılıb.

Qərara əsasən, “Arsenal” 15 min avro məbləğində cərimə ödəməli olacaq.

Xatırladaq ki, həmin görüş “Arsenal”ın 1:0 hesablı qələbəsilə yekunlaşmışdı.

Femida.az

Açar sözlər: #futbol   #UEFA  

Oxunub: 681