Gömrükdə telefon qaçaqmalçılığının qarşısı alındı


16:06     09 Mart 2019 19_03_09_1552120626.jpg


Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə iki Azərbaycan vətəndaşı tərəfindən müxtəlif malların Azərbaycan Respublikasının gömrük sərhədindən istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar kimi ölkə ərazisinə keçiriləcəyi barədə məlumat daxil olub.


Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, Azərbaycan ilə Gürcüstan arasında yerləşən ərazidə iki Azərbaycan Respublikası vətəndaşı tərəfindən kommersiya məqsədləri üçün gətirilən mobil telefonların müxtəlif şəxslərə paylanılaraq ölkə ərazisinə keçirilməsi qeydə alınıb.

Baş verən qanun pozuntusunun qarşısını almaq məqsədilə həmin şəxslər gömrükçülər tərəfindən qeyd olunan ərazidə saxlanılıblar. Bu zaman məlum olub ki, vətəndaşlar 2 ədəd "Sony" markalı "PlayStation 4", 123 ədəd "Mi 8 Lite" markalı mobil telefon, 10 ədəd "İphone 8" və 1 ədəd "İphone X" markalı mobil telefona aid qutuları başqa şəxslərə paylamaqla ölkə ərazisinə şəxsi istehlak miqdarı adı altında keçirməyə cəhd göstəriblər.

Yuxarıda sadalanan məhsullar gömrükçülər tərəfindən saxlanılaraq Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postnuna gətirilib. Saxlanılan zaman vətəndaşlar tərəfindən qeyd olunan mallara dair heç bir sənəd təqdim olunmayıb.

Femida.az

Açar sözlər: gömrük   DGK  

Oxunub: 401