Azərbaycanda narkomanların sayı artıb - 626 nəfəri qadındır
16:27 09 Mart 2019
Əvvəlki illərlə müqayisədə ölkəmizdə qeydiyyata alınan narkotik istifadəçilərinin sayı artıb. 2018-ci ildə Azərbaycanda narkotik istifadəçilərinin sayı 31 min 432 nəfər olub. Narkomanların 26 min 346 nəfəri dispanser, 5 min 86 nəfəri profilaktik qeydiyyatdadır.
Respublika Narkoloji Dispanserin direktoru Araz Manuçehri-Laleinin verdiyi məlumata əsasən, ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb: “Narkotik istifadəçiləri arasında 626 nəfəri qadınlar təşkil edir. Onların 480 nəfəri dispanser, 146 nəfəri profilaktik qeydiyyatdadır. Son bir il ərzində 1500 nəfər yeni narkotik istifadəçisi qeydə alınıb. Narkotik istifadəçiləri arasında 25-45 yaş arası olanlar daha çox üstünlük təşkil edir, 15-17 yaşlılar arasında 9 nəfər qeydiyyata alınıb. Onların 5-i dispanser qeydiyyatındadır”.
Direktorun dediyinə görə, bəzi narkotik istifadəçilərin müalicədən sonra yenidən pis vərdişlərə aludə olmaması üçün dispanserdə reabilitasiya şöbəsi yaradılıb. Şöbədə təşkil olunan ən müxtəlif idman məşğələləri, dil və maraq kursları narkotik istifadəçilərini bu zərərli vərdişdən uzaqlaşdırmağa xidmət edir. (AzərTAc)
Femida.az
Oxunub: 763
Oxşar xəbərlər
- “Antinarkomaniya Sahəsində Gənclərin Təşəbbüsü” İctimai Birliyi tərəfindən maarifləndirici çarx çəkilib
- Narkoman qadının körpəsi uşaq müəssisəsinə yerləşdirilib
- Azərbaycanda qeydiyyatda olan 33 min narkoman var
- “Narkomaniyaya yox deyək!” mövzusunda videokonfrans keçirilib
- Narkomanlığa qarşı mübarizə hər kəsin borcudur
- "İnstaqram"da narkomaniyanı təbliğ edən meyxanaçı saxlanıldı
- Narkomaniyadan xilas olunanlar işlə təmin olunacaq
- Dini radikalizm və narkomaniya ilə bağlı tədbir keçirilib
- Polis rəisi gəncləri narkomaniyaya qarşı birləşməyə çağırdı (VİDEO)
- Xəzər rayonunda narkomaniyaya qarşı mübarizə mövzusunda tədbir keçirilib