Dollar kreditləri ilə bağlı daha bir - Kalkulyator
13:44 09 Mart 2019
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.
Femida.az-a daxil olan məlumata görə, elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Azərbaycan Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.
İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan Kalkulyator yer alıb.
Qeyd edək ki, bu kalkulyator vasitəsilə həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.
Yeni elektron resursun digər bölümü Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.
Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.
Femida.az
Oxunub: 579
Oxşar xəbərlər
- Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır
- Azərbaycan nefti 6 dollardan çox bahalaşıb
- Qubada içərisində 125 min manat və 10 min dollar pul olan seyf oğurlanıb
- Bill Qeyts xeyriyyə fonduna 20 milyard dollar bağışlayıb
- AİB Ukraynaya əlavə 700 milyon dollar ayıracaq
- Ukrayna ABŞ-dan əlavə 50 milyon dollarlıq silah və texnika alacaq
- Rusiya İlan adasında 915 milyon dollarlıq texnika itirib
- Azərbaycan nefti 3 dollaradək bahalaşıb
- Azərbaycan nefti 2 dollardan çox ucuzlaşıb
- Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib