Şirvan sakinindən narkotik götürüldü


19:43     09 Mart 2019 narkotik1.jpg

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan
Femida.az-a verilən məlumata görə,ŞPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini Namiq Məmmədov saxlanılıb.

Onun üzərinə baxış zamanı ümumi çəkisi 10 qram və ona məxsus fərdi yaşayış evindən 1 kiloqram 900 qram olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 283