Səfirlik işçisi Moskva aeroportuna mina keçirmək istədi


20:12     09 Mart 2019 19_03_09_1552147003.jpg

ABŞ səfirliyinin əməkdaşı Moskvanın “Şeremetyevo” hava limanına baqajda mina keçirməyə cəhd edib.

Femida.az “TASS”a istinadən xəbər verir ki, Rusiya XİN diplomatın aeroporta keçirmək istədiyi partlayıcının minomyot minası olduğunu açıqlayıb. Onun çantasında, həmçinin, başqa partlayıcıların da izlərinə rast gəlinib. Səfirlik əməkdaşı Rusiyaya ezamiyyətə gəldiyini və minanı da “şəxsi kolleksiyası üçün” aldığını deyib. XİN isə bunu təxribat adlandırıb və ABŞ səfirliyindən açıqlama tələb edib.

Bildirilib ki, diplomatik missiyanın əməkdaşı təyyarəyə qadağan olunmuş əşyanın keçirilməsinə icazə verilmədiyini bilməli idi və o, bu addımı şüurlu şəkildə atıb.

Açar sözlər:

Oxunub: 407