Göyçayda da yanğın olub


09:38     10 Mart 2019 yangin96.jpg

Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Femida.az bildirir ki, hadisə saat 20:30 radələrində rayonun Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini Kamil Teymurova məxsus ev anidən alovlanıb. Hadisə yerinə dərhal FHN-in Göyçay və Ucar Dövlət Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının söndürülməsi davam etdirilir və ətraf tikililər yanğından mühafizə olunur.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 597