Hindistan Pakistanın pilotsuz aparatını vurdu


10:41     10 Mart 2019 2019/03/61CDF07F-9096-4CA9-9F02-7D2518D43047_1552200457.jpeg

Hindistan təhlükəsizlik qüvvələri şənbə günü şimal-qərbdə yerləşən Racastxan ştatı ərazisində ölkənin hava məkanına daxil olan Pakistana məxsus pilotsuz uçan aparatı (PUA) vurublar.

Femida.az bildirir ki, bu barədə öz hərbi mənbələrinə istinadən "Hindustan Times" qəzeti yazıb.

Nəşrin məlumatına görə, hadisə Qanqanaqar dairəsində baş verib. Qəzetin həmsöhbətlərindən biri bildirib ki, bu, Pakistan tərəfindən Hindistana artıq üçüncü PUA göndəmək cəhdidir.

Daha əvvəl 4 mart və 26 fevral tarixlərində Pakistanın iki PUA-sını vurublar.

Femida.az

Açar sözlər:

Oxunub: 404