Mingəçevirdə FACİƏ: Gənc qız toyuna 15 gün qalmış...


11:45     10 Mart 2019 2019/03/7B3C0E64-A328-49F2-95C1-72332FD41F80_1552204025.jpeg

Mingəçevirdə ailə qurmağa hazırlaşan gənc qızın başına faciə gəlib.

Femida.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, hadisə şəhərin Aydın Məmmədov küçəsi 9 ünvanında qeydə alınıb. 2001-ci il təvəllüdlü Səbinə Seymur qızı Qarayeva yaşadığı binanın 5-ci mərtəbəsindən yıxılıb. S.Qarayeva dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

Yaxınlarının dediyinə görə, S.Qarayeva ehtiyatsızlıqdan yıxılıb. O da məlum olub ki, Qarayeva nişanlı olub və onun toyu martın 24-nə təyin edilibmiş.

Hazırda faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 588